Türkiyə futbol tarixində ilk: hakim top daşıyan uşağı meydandan qovdu
Ölçü:



Türkiyə çempionatının 4-cü həftəsində “Qalatasaray” öz meydanında “Kasımpaşa”nı qonaq edib.

Koordinat.az
Türkiyə KİV-nə istinadla xəbər verir ki, İstanbul klubunun yay transfer pəncərəsinin başa çatmasına az qalmış “Monako”dan heyətində qatdığı kolumbiyalı Radamel Falkao ilk dəfə meydana çıxıb.

İlk yarıda təzyiqli bir oyun nümayiş etdirən “Qalatasaray”da 38-ci dəqiqədə Falkao səhnəyə çıxıb və ilk qolunu atıb. “Sarı qırmızılılar” soyunub-geyinmə otağına bu nəticə ilə gedib.

Məlumata görə, matçın ikinci yarısında çox maraqlı bir hadisə baş verib. hakim Ali Palabıyık top daşıyan uşağı, 74-ci dəqiqədə oyundan qovub.

“Kasımpaşanın qapıçısı Fatih Öztürk məsələ ilə bağlı matç sonu bəyanatlar verib: "Top daşıyan yavaş hərəkət etdi. Hakimin uşağa xəbərdarlıq edəcəyini düşündüm, amma meydandan tamam çıxardı Kədərləndim. Kaş xəbərdarlıq etsəydi. Bayıra göndərəndə çox təəssüfləndim. Hətta oyundan sonra da görüşmək istədim uşaqla, amma olmadı".

Oyunda başda qol vurulmayınca “Qalatasaray” dünya ulduzu qolçusu Falkaonun atdığı qol ilə 3 xal qazanıb.
14.09.2019 11:51:00
Oxuma sayı: 27