Vergi Məcəlləsi yenidən dəyişir
Ölçü:


Bu ilin sonunda Vergi Məcəlləsinə dəyişikliklər ediləcəyi gözlənilir.

Koordinat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, təkliflərdən biri kənd təsərrüfatına münasibətdə torpaq mülkiyyətçilərindən məcburi sosial sığorta haqları nəzərdə tutulub ki, bu da minimum əmək haqqının 6%-nə bərabərdir: “Biz hesab edirik ki, bu, kənd təsərrüfatının bugünkü inkişafına və torpaq mülkiyyətçilərinin maraqlarına cavab verməyən bir rəqəmdir və biz onun ciddi azaldılmasına təklif etmişik”
13.09.2019 16:33:00
Oxuma sayı: 234