Kərbəlada 3 günlük matəm elan olundu
Ölçü:


Kərbəlada yaşanan izdiham nəticəsində 31 insanın ölməsi səbəbilə 3 günlük matəm elan edilib.

Koordinat.az
xəbər verir ki, Kərbəla meri Nesif əl Qutabinin tələbi və İraq baş naziri Adil Əbdülmehdinin qərarı ilə Kərbəlada Aşura günü ilə bağlı keçirilən mərasimdə ölənlər üçün yas elan olunub. Qeyd edək ki, Kərbəladakı Aşura mərasimi zamanı izdiham nəticəsində 31 insan ölüb, 100 insan yaralanıb.

Hadisədən sonra İraqın baş naziri Adil Əbdülmehdi Kərbəlaya gedərək, faciənin yaşandığı yerlərdə aparılan araşdırmalara qatılıb, daha sonra xəstəxanada müalicə alan yaralıları ziyarət edib.

 
11.09.2019 13:10:00
Oxuma sayı: 53