Əli Kərimlinin mühafizəçisi həbs edildi
Ölçü:


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirli həbs edilib.

Koordinat.az xəbər verir ki, Yasamal rayon Məhkəməsi R. Əmirli barəsində 30 sutka həbs cəzası çıxarıb.

Ruslan Əmirli İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə təqsirli bilinir.

Qeyd edək ki, Ruslan Əmirli AXCP sədri Əli Kərimlinin mühafizəçisidir. O, Milli Onkolgiya Mərkəzində müalicə olunan bacısına baş çəkərkən saxlanılıb.

11.09.2019 12:56:00
Oxuma sayı: 57