Prezidentin ayırdığı pullar “Diqlas”da zərər çəkənlərə çatdırılmır - YAP-ın toplantısında ittiham
Ölçü:

"Ayrı-ayrı məmurlar "Diqlas" ticarət mərkəzindəki yanğınla əlaqədar  prezidentin ayırdığı pulları zərəçəkənlərə çatdırmırlar".

Koordinat.az
xəbər verir ki, bunu "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi" mövzusunda təşkil edilmiş dəyirmi masada çıxış edərkən hüquq müdafiəçisi Novella Cəfəroğlu söyləyib. O qeyd edib ki, bununla bağlı vətəndaşların çoxsaylı şikayətləri daxil olub: "Məmuların özbaşınalığı hökumətə inamsızlıq yaradır. Hətta 100-ə yaxın sahibkar bu problemlə üzləşib".

N.Cəfəroğlu bildirib ki, bir sıra məmurlar prezidentin apardığı yaxşı işlərə kölgə salırlar: "Siyasi məhbus məsələsi üzündən həmişə Azərbaycana təzyiq edirlər. Buraxın getsin də onları. Onlar üzündən ölkəmizə söz deyilməsin".

11.09.2019 12:36:00
Oxuma sayı: 35