Sumqayıt, Şamaxı və Ağstafada qaz olmayacaq
Ölçü:


Sumqayıt, Şamaxı və Ağstafanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Koordinat.az xəbər verir ki, yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir və sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan 17:00-dək Şamaxı rayonunun mərkəzində və 1 qəsəbədə, həmçinin saat 10:00-dan Sumqayıt şəhərinin Kimyaçılar, Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.
11.09.2019 09:54:00
Oxuma sayı: 36