Şimali və Cənubi Koreya arasında danışıqlar başlayıb
Ölçü:


Çərşənbə axşamı səhər Panmunjomun sərhəd məntəqəsində Koreya Respublikası ilə KXDR arasındakı əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb.

Koordinat.az 
TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikası İttifaq Nazirliyi məlumat yayıb. Bildirilir ki, 2015-ci ilin dekabr ayından aparılan Seul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə, Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq.

09.01.2018 09:32:00
Oxuma sayı: 413