Ermənilər mer "seçdilər": Artsvik Sərkisyan Xankəndiyə, Artsvik Sərkisyan Şuşaya, Aleksanyan Laçına, Çilingəryan Kəlbəcərə...
Ölçü:

 
Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş rayonlarına mer "seçkisi"ni başa çatdırıb.

Koordinat.az xəbər verir ki, sentyabrın 8-də qondarma "Dağlıq Qarabağ Respublikası"nda keçirilmiş "seçki"lərin nəticələri də artıq bəllidir. Rusiya mətbuatının yaydığı məlumata görə, Ermənistandan gələn  və yerli müşahidəçilər Azərbaycan Respublikasının hüquqi torpaqlarında de-fakto keçirilən qanunsuz seçkilərdə elə  bir ciddi “qanun” pozuntusu qeydə almayıb. Seçkilərin nəticəsinə əsasən, David Sərkisyan Xankəndinin, Artsvik Sərkisyan Şuşanın, Narek Aleksanyan Laçının,  Sergey Çilingəryan Kəlbəcərin, Mişa Gürcyan Ağdərənin, Ayk Sərkisyan Xocavəndin,  Samvel Ağacanyan Əsgəranın, Vahan Savadyan Hadrutun meri "seçilib".
10.09.2019 19:49:00
Oxuma sayı: 82