İcra başçısı yüksək balla ali məktəblərə qəbul olan kəlbəcərli tələbələrlə görüşdü - FOTOLAR
Ölçü:

Sentyabrın 6-da Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayında Kəlbəcər  rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığıl ilə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib.

Koordinat.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri, ali məktəblərə qəbul olunmuş tələbələr və valideynlər iştirak edib. Dövlət Himni səsləndirildikdən sonra rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov geniş məruzə ilə çıxış edərək tələbələri təbrik edib və onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində müvəffəqiyyətlər arzulayıb. İcra başçısı ölkəmizdə təhsilə, elmin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatların verdiyi bəhrələrdən danışaraq  tələbə adını qazanmış gəncləri təbrik edib. O, qeyd edib ki, bu il tam orta məktəbləri bitirən 1127 nəfər məzundan 556 nəfər tələbə adını qazanıb, onlardan 14 nəfəri 600-dən çox bal toplayıb.

Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  minnətdarlıqlarını bildiriblər.

Sonda  ali məktəblərə daxil olmuş tələbələrə hədiyyələr təqdim olunub.
10.09.2019 11:57:00
Oxuma sayı: 48