AŞPA-nın prezidenti Azərbaycana gəlir
Ölçü:


AŞPA-nın prezidenti Lilian Mori Paskie (Liliane Maury Pasquier) sentyabrın 11-12-də Azərbaycana rəsmi səfər edəcək.

Koordinat.az xəbər verir ki, səfər proqramında onun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. O, həmçinin, parlamentin Ailə, qadın, uşaq məsələləri Komitəsi və İntizam Komitəsi üzvləri ilə fikir mübadiləsi aparacaq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzləri ilə görüşəcək.

Sentyabrın 11-də AŞPA sədri Bakıda Avropa Şurasının 70 illiyinə həsr olunmuş “Hüquqlarımız, azadlıqlarımız, Avropamız” adlı yüksək səviyyəli konfransa qatılacaq.

10.09.2019 16:56:00
Oxuma sayı: 43