ATƏT-in Parlament Assambleyası Paşinyanın Qarabağ açıqlamasını pislədi
Ölçü:


ATƏT-in Parlament Assamblyeasının sədri Georgi Tsereteli Nikol Paşinyanın Xankəndinə səfəri zamanı dediyi “Qarabağ Ermənistandır” bəyanatını pisləyib.

Koordinat.az
xəbər verir ki, Assambleya sədri bu barədə açıqlamasında deyib. Tsereteli Paşinyanın sözlərini danışıqlar prosesinə zərər vuran hadisə kimi dəyərləndirib: “Hesab edirəm ki, sülhün yaranmasına xidmət etməyən və tərəflər arasında danışıqlara dəstək verməyən bu tip bəyanatlar həmişə sülh danışıqlarına zərər vurur. Biz daha çox konstruktiv bəyanat və konkret addımlar eşitmək istəyirik. Ziddiyyətləri həll etmək və ümumi dil tapmaq lazımdır. Təəssüf ki, fikir ayrılıqlarına və nizamlanma prosesinə zərər vuran bu cür açıqlamalar problem olaraq qalır. Münaqişənin həlli güclü siyasi iradə tələb edir. Dağlıq Qarabağ münaqişəsinin həllinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq olar”.

10.09.2019 16:29:00
Oxuma sayı: 66