Vərəm xəstəliyinə tutulma dinamikası necə dəyişib?
Ölçü:


Azərbaycanda vərəm xəstəliyinə tutulma dinamikası dəyişib. Səhiyyə Nazirliyi bildirir ki, 2010-cu ildə hər 100 min nəfərə xəstələnmə göstəricisi 53 nəfər olub, hazırda göstərici 39-a enib.

Koordinat.az xəbər verir ki, ilkin aşkar olunan vərəm hallarının sayı 21 faizə qədər azalıb. Rəsmi məlumata görə, 2010-cu ildə 100 min əhaliyə ölüm göstəricisi 7,9 nəfər təşkil edib, ötən il həmin göstərici 4,6 olub. Vərəmin gecikmiş və yayılmış formalarının sayına gəldikdə, 2010-cu illə müqayisədə xəstələrin sayı 2 dəfə azalıb: 7,6 faizdən 3,4 faizə enib.
08.01.2018 22:27:38
Oxuma sayı: 670