Daha bir deputat "satın alınan müxalifətçilər" məsələsinə münasibət bildirdi
Ölçü:


"Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun və Baş nazirin müavini Əli Əhmədovun bir neçə deputat həmkarımın dediklərinə münasibət bildirməsi cəmiyyət tərəfindən müsbət qarşılandı. Bir daha ən yüksək səviyyədə elan edildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vahid dövlətçilik və azərbaycançılıq ideyaları Azərbaycan cəmiyyətini birləşdirən ciddi faktordur".

Koordinat.az xəbər verir ki, bunnu Yeni Azərbaycan Partiyası (YAP)i Siyasi Şurasınnın üzvü, millət vəkili Aydın Mirzəzadə deyib. O, qeyd edib ki, milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir.

"İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi "mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoyub…”-deyə, YAP rəsmisi əlavə edib.

Qeyd edək ki, adıçəkilən şəxslər-Əli Həsənov və Əli Əhmədov YAP-çı millət vəkilləri Eldar İbrahimovla Tahir Rzayevin son açıqlamalarını qınayan bəyanatlarla çıxış ediblər.


10.09.2019 14:04:00
Oxuma sayı: 231