Xaricdə təhsil alan 1541 tələbənin taleyindən xəbər yoxdur - iqtisadçı alim açıqladı
Ölçü:

31 dekabr 2018-ci il tarixinə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində 3 454 nəfərin təhsil xərcləri Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) tərəfindən maliyyələşdirilib.

Koordinat.az xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu yazıb. O, bildirib ki, ARDNF-nin maliyyəsi ilə xarici universitetlərdə təhsil almağa göndərilən gənclərin  1180-bakalavr, 1430 magistr, 692 nəfər isə doktorantura və ya ali tibb dərəcələri üzrə təhsil alanlar olub. Onun sözlərinə görə, 2008-2018-ci illər ərzində ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 212,7 milyon manat məbləğində vəsait ayrılıb.

"Bu ilə qədər 1913 nəfər artıq məzun olub, yerdə qalan 1541 tələbənin taleyi ilə bağlı məlumata çıxış yoxdur. Görəsən, onların neçəsi hələ də təhsilini davam etdirir və hansı hissəsi universitetdən qovularaq və ya universiteti buraxaraq təhsildən kənarlaşıb? Eyni zamanda maraqldır ki, indiyə qədər məzun olan 1913 nəfərdən neçəsi Azərbaycana qayıdıb və işlə təmin olunub?" - deyə,  iqtisadçı alim Təhsil Nazirliyindən və Dövlət Neft Fondundan bu suallara aydınlıq gətirməsini xahiş edib.
09.09.2019 20:39:00
Oxuma sayı: 22