Velosiped sürməyə gedib itkin düşən gənc tapıldı
Ölçü:


İtkin düşən Xaçmaz sakini Qubada tapılıb.
Koordinat.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz rayon sakini, 25 yaşlı Cavid Səbzəliyev avqustun 8-də yaşadığı evdən velosiped sürmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb. Gəncin gecə saatlarında evə qayıtmadığını görən ailəsi onun tapılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edib. Polis şöbəsi tərəfindən itkin düşən oğlanın yaxın rayonlara getməsi ehtimalı nəzərə alınaraq onun tez bir zamanda tapılması üçün ətraf rayonlarında yerləşən rayon polis şöbələrinə bu barədə məlumat verilib.
Gecə saatlarında Quba rayon Polis Şöbəsinə C.Səbzəliyevin itməsi barədə daxil olan məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb.
Keçirilmiş axtarış tədbirləri nəticəsində polis əməkdaşları gecə saat 03:30-da itkin düşmüş hesab olunan şəxsin rayonun Qırmızı qəsəbə ərazisində olduğunu müəyyən ediblər. Oğlanın ailəsi ilə əlaqə saxlanılaraq, rayon Polis Şöbəsinə dəvət olunublar və C.Səbzəliyev ailəsinə təhvil verilib.
09.09.2019 17:30:00
Oxuma sayı: 18