9-cu sinif buraxılış imtahanının II mərhələsi və “Azərbaycan dili” imtahanlarının nəticələri açıqlandı
Koordinat.az xəbər verir ki, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
- 9-cu sinif buraxılış imtahanının II mərhələsinin nəticələri;
- “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələri.
Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Xatırladaq ki, dünən keçirilən 9-cu sinif buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri də yaxın 3 gün ərzində elan olunacaq.
09.09.2019 16:08:00
Oxuma sayı: 290