Təhsil işçilərinin respublika konfransı keçiriləcək
Ölçü:


Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçiriləcək.

Təhsil Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, konfransda Təhsil naziri Ceyhun Bayramov, deputatlar, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

Konfransda ötən tədris ilinin yekunları müzakirə ediləcək, 2019/2020-ci dərs ilinin prioritet istiqamətləri, qarşıda duran hədəflər yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin və təhsil ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Konfrans plenar iclas və panel sessiyalardan ibarət olacaq.


09.09.2019 15:58:00
Oxuma sayı: 157