“Uşaqpulu bərpa oluna bilməz” — Mir Şahin
Ölçü:

"Uşaqlar üçün bərpa oluna bilməz. Əvvəla gəlin xatırlayaq ki, bu gün “uşaq pulu” kimi tanıdılan uşaqlar üçün müavinətlərin verilməsi niyə dayandırıldı. Bu baş verdi 2006-ci il iyun ayının 1-də. Müavinatın ləğvi ünvanlı sosial yardımın tətbiq olunması, uşaqlar üçün verilən pulun məbləğinin çox aşağı olması ilə bağlıydı. Uşaq pulunun bərpasını tələb edənlər sosial yardımın da bərpa olunmasına hazır olarlarmı? Yox əlbəttə".

Koordinat.az xəbər verir ki, bunu tanınmış jurnalist Mir Şahin özünün “Real TV"sindəki  bildirib. Onun fikrincə, uşaqlar üçün verilən müavinət həm də o məqsədi güdürdü ki, gənc ailələr çoxuşaqlı olmaqda maraqlı olsunlar. Bu gün o problem də yoxdur. Bu günlərdə biz 10 mlyonuncu insanımızı qarşıladıq və ondan sonra doğulanlar da valideynlərinin əlində-ovcunda qalsınlar. Təbriklər! Bir başqa tərəfdən, dövlət vətəndaşının qayğısına yəqin ki, uşaq, yeniyetmə, ahıl, qoca, daha qoca və lap qoca kimi qeyri-rəsmi prinsiplərə əsaslanaraq qalmamalıdır. Dövlət ünvanlılıq prinsipilə münasibət qurur.  Məsələn, bu il ərzində minimum əmək haqqı və minimum pensiya məbləği kəskin artırılıb. Yəqin ki, bu məbləğ daxil olduğu mənzildə uşaq bezinə də, yaşlı protezinə də eyni dərəcədə şamil edilməlidir. Burada isə məsələ pulu alan şəxsin əlində öz həllini tapmalıdır. Yoxsa belə çıxır ki, bir ailədə müəllim öz maaşını özünə, onun həkim xanımı özünə sərf etdiyi kimi, ayrıca uşaq maaşı da uşağa sərf edilməlidir. Absurd və iqtisadi diversantların zəhərli təfəkkürünə uyğun məntiq!”

Jurnalist qeyd edib ki, onsuz da dövlət əhalinin maddi rifahının yüksəlməsi üçün üzərinə böyük sosial yük götürüb və hər bir məsələni köklü şəkildə həll etmək niyyəti nümayiş etdirir. Dövlət əlavə resursları təhsilə, elmə, əhalinin sağlamlığının qorunmasına yönəltməlidir. Dövlət üçün əhali artımı deyil, daha yüksək kompetensiyalara malik vətəndaşın formalaşdırılması və bunun üçün imkanların yaradılması prioritetdir: “Bu formada təkliflər verilərkən maliyyə yükü bir ciddi amil kimi nəzərə alınmalıdır. Hökumət bütövlükdə ailələrin sosial müdafiəsində ünvanlı sosial yardım sistemi, özünəməşğulluq proqramları kimi tədbirlərə üstünlük verir ki, bu da yekunda məsələnin köklü həllinə gətirib çıxarır”.
09.09.2019 13:48:00
Oxuma sayı: 30