Ermənilər Kəlbəcərin kəndlərinə qaz çəkdi
Ölçü:


Ermənilər Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunun kəndlərini də qazla təmin etməyə başlayıb.

Koordinat.az xəbər verir ki, bu haqda qondarma separatçı-terrorçu rejimin “Artsaxqaz” “qapalı səhmdar cəmiyyəti”nin rəhbəri sayılan Seyran Mikaelyan “5 sentyabr – qaz işçiləri günü” münasibətilə təbrik müraciətində danışıb. Onun sözlərinə görə, inzibati cəhətdən Kəlbəcər rayonuna aid olan  “Drmbon” adlandırılmış Heyvalı  və “Hetavan” adlandırılmış “Qozlu körpü” kəndlərinə qaz  xətti çəkilib. Xocavənd rayonunun “Uxtadzor” adlandırılmış “Edilli”  kəndinə qaz çəkilişi üçün işlər görülür. İşğaldan öncə çəkilmiş Hadrut-Tuğ qaz xətti isə yenilənib.

Xatırladaq ki, işğaldan əvvəl Kəlbəcər rayonunun heç bir kəndində qaz olmayıb.
09.09.2019 13:19:00
Oxuma sayı: 24