Ödəniş zamanı plastik kartlardan istifadəyə ehtiyac olmayacaq
Ölçü:

Gələn ildən etibarən Azərbaycanda Ani Ödəniş Sistemi tətbiq olunacaq.

Koordinat.az
xəbər verir ki, sistemin tətbiqindən sonra artıq plastik kartların istifadəsinə ehtiyac olmayacaq. Belə ki, yeni sistem istifadəçilərə karta bağlı olan və olmayan cari hesabların mobil telefon üzərindən idarə etməsinə imkan yaradacaq. Ödəniş aparmaq üçün isə bir sıra üsul təklif olunacaq, məsələn, QR-kod və digər üsullar.

Qeyd edək ki, bu sistemin yaradılması nəticəsində ölkənin ödəniş ekosistemi fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı ödəniş əməliyyatları üzrə hesablaşmalar fasiləsiz 5-10 saniyə ərzində tam başa çatdırılmasına imkan verəcək. İstifadəçilər istənilən zaman və istənilən vasitələrlə bir-birlərinə ödəniş edə biləcəklər. Eyni zamanda, ölkənin təsərrüfat subyektlərində müasir mobil həllərin tətbiqi mümkün olacaq. Yaradılan imkanlar isə iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın azalmasına və nağdsız ödənişlərin artmasına təkan verəcək.

Xatırladaq ki, Ani Ödəniş Sisteminin yaradılması layihəsi Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanır.

09.09.2019 11:51:00
Oxuma sayı: 173