Ukrayanın neftə olan tələbatının 91 faizini Azərbaycan ödəyir
Ölçü:

Ukrayna 2019-cu ilin 8 ayında xaricdən aldığı neftlə bağlı statistikanı açıqlayıb.

Koordinat.az xəbər verir ki, yanvar-avqust aylarında ölkəyə 482,155 min ton neft daxil olub. Bunun üçün Ukrayna 249,578 milyon dollar vəsait ödəyib. Ukrayanın neftə olan tələbatının 91,85%-ni Azərbaycan nefti ödəyib. Kiyev rəsmiləri buna görə Azərbaycana 229,234 milyon dollar ödəyib. ABŞ-dan analoji dövrdə 15,049 milyon dollar (6,03%), Qazaxıstandan 2,596 milyon dollar (1,04%), başqa ölkələrdən isə 2,699 milyon dollar (1,08%) vəsait ödənib.

 

 
09.09.2019 10:47:00
Oxuma sayı: 18