Ağcabədidə iqtisadi geriləmə 22 faizi ötüb
Ölçü:


Azərbaycanda ən çox iqtisadi artım olan şəhər və rayonlar açıqlanıb.

Koordinat.az xəbər verir ki, 2019-cu ilin ilk yarım ilində paytaxt Bakı şəhəri istisna olmaqla ölkənin digər bölgələrində ümumi iqtisadi artım 6,5% təşkil edib. Amma ayrı-ayrı şəhər və rayonlar üzrə bu göstərici fərqlidir.

73 şəhər və rayonda (bunlardan 9-u işğal altında olan rayonlar, 8-i isə Naxçıvan MR-dadır) əksər bölgələrdə iqtisadi artım baş verib. Ən böyük artım İmişlidə qeydə alınıb – 50 faizdən çox. Ağstafa, Qazax, Göyçay və Şəmkir də ən sürətli iqtisadi artım olan ilk beşlikdədir.

17 rayonda isə iqtisadi azalma var. Ən böyük azalma Ağcabədidə – 22,2 faiz, Qobustanda 18,9 faiz və Zəngilandadır – 30,5 faiz (Fed.az).

08.09.2019 16:56:00
Oxuma sayı: 22