Goranboyun başçısı təcili iclas çağırdı
Ölçü:

Ötən gün gecə saatlarından başlayan güclü leysan yağışları və  külək nəticəsində rayonun bir neçə yaşayış məntəqələrində fərdi yaşayış evlərinə, elektrik təsərrüfatlarına, sahibkarlıq obyektlərinə ,əkin və pambıq sahələrinə,yollara,  yolkənarı ərazilərə və körpülərə  ciddi ziyan dəymiş, nəticədə bəzi yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qazın verilişi dayanıb.

Goranboy Rayon İcra Hakimiyyətindən Koordinat.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin  rəhbərliyi ilə rayon Fövqəladə Hallar Komissiyasının təcili iclası çağrılmış və mövcud vəziyyət müzakirə edilib. Yaranmış  fəsadların operativ surətdə aradan qaldırılması məqsədi ilə İcra başçısı tərəfindən   aidiyyəti məsul şəxslərə və təşkilatlara  təcili və ciddi tapşırıqlar verilib.

Hazırda dəymiş  ziyanın və movcud problemlərin aradan qaldırılması üçün yerlərdə  əhatəli işlər aparılır.

08.09.2019 14:52:00
Oxuma sayı: 182