Çində 5,4 maqnitudalı zəlzələ: 1 ölü, 29 yaralı
Ölçü:


Çinin Sıçuan əyalətinin Neyszyan şəhər dairəsinin Veyyuan rayonunda5,4 maqnitudalı zəlzələ baş verib. Nəticədə ən azı 1 nəfər ölüb, 29 nəfər yaralanıb.
Koordinat.az-ın xəbərinə görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Yeraltı təkanlar nəticəsində 17 ev dağılıb, 215 evdə çatlar yaranıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Zəlzələ ölkənin digər şəhərlərində də hiss edilib. Çuntsin şəhərində 10 qatarın səfəri ləğv edilib. Hazırda mütəxəssislər dəmir yolu xəttində yoxlamalar aparırlar.

08.09.2019 10:20:00
Oxuma sayı: 155