Putinin seçki kampaniyasına 13,4 milyon rubl xərcləyib - RƏSMİ
Ölçü:


Bu il Rusiyada keçiriləcək prezident seçkilərinə fərdi qaydada qatılacaq dövlət başçısı Vladimir Putin yanvarın 5-dək seçki fonduna daxil olan 400 milyon rubldan çox vəsaitin 13,4 milyon rublunu seçki kampaniyasına xərcləyib.

Koordinat.az
xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Rusiya Mərkəzi Seçki Komissiyasına istinadən yayılan məlumata görə, V.Putinin seçki fonduna həmin vaxta qədər 400 milyon 30 min 934,98 rubl daxil olub, seçki fondundan xərclər isə 5 yanvar tarixinə 13 milyon 409 min 230,46 rubla bərabər olub. Daha əvvəl MSK artıq seçki hesablarını açan 13 namizədin seçki fondlarının gəlir və xərclər bölmələri barədə məlumatlar yayıb. Məlumatlar 5 yanvar tarixinə əsasən verilir.

Xatırladaq ki, bundan əvvəl MSK fərdi qaydada prezidentliyə namizədlərin sənədlərinin qəbulunun başa çatdığını elan edib.
08.01.2018 18:17:00
Oxuma sayı: 239