Ukrayna Prezidenti: "Putinlə birgə bütün lazımi səyləri göstərdik"
Ölçü:


Rusiya Prezidenti Vladimir Putinlə birgə əsirlərin dəyişdirilməsi üçün lazım olan bütün səyləri göstərdik.

Koordinat.az xəbər verir ki, bu fikri əsirlərin qarşılanmasında iştirak edən Ukrayna Prezidenti Vladimir Zelenski “Borispol” Beynəlxalq Hava Limanında keçirdiyi brifinqdə deyib. “Putinlə birgə danışıqlarımızda verdiyimiz vədi yerinə yetirdik”, – deyə Zelenski əlavə edib.

Prezidentin sözlərinə görə, əsir və girovların dəyişdirilməsi üçün Ukrayna və Rusiyanın birgə işçi qrupu yaradılıb, müvafiq işlər həyata keçirilir. “Bütün əsir və girovların dəyişdirilməsi prosesi davam edəcək. Sonra sülhə nail olunması prosesi gedəcək”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, bu gün Ukrayna ilə Rusiya arasında əsir və girovların dəyişdirilməsi prosesi baş tutub. Ukraynanın 35, Rusiyanın isə 33 əsir və girovu qaytarılıb.

Xatırladaq ki, Vladimir Putin və Vladimir Zelenski iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdilər. ABŞ Dövlət Departamenti əsirlərin dəyişdirilməsi prosesini alqışlayıb(azərtac).

07.09.2019 18:39:00
Oxuma sayı: 43