Siyavuş Novruzovu sərt ittihama təhrik edən səbəblər
Ölçü:

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov  “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində sabiq nazirlərə bağlı şok açıqlamalar verib. YAP-çı deputat açıqlamasında uzun illər nazir vəzifəsində çalışmış şəxslərin ünvanına sərt ittihamlar səsləndirib. O, sabiq məmurları mövqesizlik nümayiş etdirməkdən,  qeybə” çəkilməkdən tutmuş, xaricdəki mühacirləri maliyyələşdirməyə qədər ən müxtəlif  məsələlərdə ittiham edib.

Siyavuş Novruzovun bu tip açıqlamanı məhz indi verməsi, kifayət qədır suallar yaradır. Novruzovun vəzifədən qovulanların hansı işlərə bulaşmasını indi öyrəndiyini düşünmək təbii ki, sadəlövlük olardı. Bu baxımdan kifayət qədər sərt açıqlamanın hansısa hədəfə hesablandığı aydın görünür. Müxtəlif aspekdən yanaşsaq, bunlardan biri, kənar təpkilərin artmasıdır ki, bu işdə xaricdə yaşayan “azərbaycanlılar”ın imkanlarından daha çox istifadə edilir. İndu bu şəxslərə ölkə daxilindən də dəstəyin verilməsi kimi fikirlərin aktual olması, vəziyyətin doğrudan da ciddi olduğu fikrini formalaşdırır. Keçmiş Maliyyə nazirimizin bu xüsusda maraqlı fikirləri var.

Sabiq maliyyə naziri Fikrət Yusifov gec də olsa,  məsələni gündəmə gətirdiyi üçün Siyavuş Novruzova təşəkkür edib: “Bununla bağlı mən artıq dəfələrlə mətbuat səhifələrində fikirlər səsləndirmişəm. Çox sağ olsun Siyavuş Novruzov ki, bu məsələni gec də olsa gündəmə gətirdi. Cəmiyyətin gözü tərəzidi, kimin nə ilə nəfəs aldığını çox yaxşı bilir. Vaxtılə dövlətin milyardlarla manat vəsaitlərini talayanların kimliyini də hər kəs çox gözəl bilir. Mən bu adamların hakimiyyətə maliyyə müxalifi olduqlarını dəfələrlə yazmışam və demişəm. Burada bütün baş verənlər sadə məntiqə söykənir. Yəni yeni nə isə kəşf etməyə ehtiyac qalmır. Bir korrupsioner məmur vəzifədən çıxarılırsa, deməli o, oğurlaya biləcəyi milyardlardan məhrum olur. Elə bu səbəbdən də vəzifədən getdikdən sonra belələrinin 9/10-u avtomatik olaraq hakimiyyətə müxalif olurlar. Çünkü hakimiyyət vəzifədən çıxarmaqla onları böyük qazanc mənbəyindən məhrum edib”.

F. Yusifov belə “sabiq”lərin vəzifədən gedəndən sonra hakimiyyətə dost olub-olmayacağına da  münasibət bildirib: “Onların normal əqidəsi olsaydı, dövlətin malını, pulunu talamazdılar. Talayıblarsa, deməli xəyanət ediblər. Xəyanət ediblərsə, deməli onlar üçün müqəddəs heç nə yoxdur və onlar vəzifədən uzaqlaşdırıldıqdan sonra on dəfə artıq xəyanət edəcəklər. Bu gün Azərbaycan hakimiyyətinin maliyyə müxalifətinin başında da məhz bu xəyanətkarlar dayanır. Ona görə mən dəfələrlə təklif etmişəm ki, onların taladıqları pulları hakimiyyət geri qaytarmalıdır. Əks halda bu pullar hakimiyyətə qarşı istifadə olunacaq. Təəssüf ki, bu gün bu da baş verir.  Bu adamların kimliyi hər kəsə bəllidir. Ba adamları tutduqları yoldan geri döndərməyin yeganə yolu onların dövlətdən öğurladıqları pulları geri qaytarmaqdır. Əks halda onları bu yoldan heç kim çəkindirə bilməyəcək”.
Paylaş:
07.09.2019 16:57:00
Oxuma sayı: 26