Hüseyn Bağırovun sözçüsü: "O, nə xaricdə, nə daxildə heç kimi maliyyələşdirmir”
Ölçü:

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sabiq nazirlərə bağlı şok açıqlaması ictimaiyyətin diqqətini çəkib. Bəzi saytlar həmin açıqlamada Siyavuş Novruzovun hədəf göstərdiyi eks-nazirlər arasında keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun da adının hallandırmışdı.

Koordinat.az bildirir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən Hüseyn Bağırovun sözçüsü, Qərb Universitetinin mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov deyilənləri təkzib edib. O, eks-nazirin YAP-ın siyasi şurasında fəaliyyətini davam etdirdiyini də sözlərinə əlavə edib: “Hüseynqulu Bağırovun dövlətimizi, dövlətçiliyimizlə bağlı mövqeyi aydındır. O, bütün məsələlərdə dövlətimizin yanındadır, hazırda Yeni Azərbaycan Partiyasının siyasi şurasının üzvü kimi fəaliyyətini davam etdirir, partiyanın tədbirlərində iştirak edir, partiya üzvü kimi öhdəliklərini yerinə yetirir. Və Hüseynqulu Bağırov nə ölkə xaricində, nə də ölkə daxilində heç kimi maliyyələşdirmir. Hazırda isə səhhəti ilə bağlı ölkə xaricində, müalicədədir”.
07.09.2019 16:32:00
Oxuma sayı: 57