Məktəblərin İKT ilə təchizatı: 20880 noutbuk, 789 elektron lövhə, 789  proyektor...
Ölçü:


Azərbaycan məktəblərinin kompüter avadanlıqları ilə təchizatı sahəsində müxtəlif mənbələr hesabına bir neçə iri layihələr həyata keçirilib.

Koordinat.az xəbər verir ki, ümumtəhsil məktəblərinin İKT avadanlıqları ilə təchizatı üçün əsas işlər Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində görülüb. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, təkcə həmin saziş çərçivəsində indiyədək ümumtəhsil məktəblərinin İKT avadanlıqları ilə təchizatı üçün 20 880 ədəd noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd proyektor və 20 ədəd masaüstü kompüter avadanlığı Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunub.
08.01.2018 17:36:00
Oxuma sayı: 99