Paşinyan: "Rusiya bizə şübhə edirsə..."
Ölçü:

“Pervıy Armyanskiy informasionnıy” portalında Sarkis Arsruninin “Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib” sərlövhəli məqaləsi dərc edilib.

Koordinat.az xəbər verir ki, müəllif əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanın “Nuvel de Armeni” nəşrinə müsahibəsindən bir sitat gətirir. Paşinyan həmin müsahibədə belə mülahizə yürüdür ki, Yerevan Rusiya ilə münasibətlərdə çoxəsrlik komplekslərdən yaxa qurtarmalı və özünü bərabər tərəfdaş kimi göstərməlidir. Jurnalist baş nazirdən soruşur ki, Yerevan Ermənistan ilə Rusiyanın müttəfiqlik münasibətlərinin qorunub saxlanmasına Moskvanın şübhələrini aradan qaldıra bilibmi? Paşinyan bu sualın cavabında deyib: “Biz suveren tərəfdaşlarıq və əgər onların bizə şübhə etmək hüququ varsa, bizim də onlara şübhə etmək hüququmuz var”.

Paşinyan daha sonra deyib: “Mən hesab edirəm ki, bizim münasibətlərimiz bütövlükdə bu əsasda inkişaf etməli və fasiləsiz yaxşılaşmalıdır. Biz hər kəsin ləyaqətinə hörmət edən münasibətlər qurmalıyıq. Əminəm ki, bizim bugünkü münasibətlərimiz bu cür ləyaqətlə əlamətdardır. Kimsə bizə nə qədər şübhə edə bilərsə, bizim də həmin tərəfə eynilə o qədər şübhə etmək hüququmuz var. Əgər birisi hesab edirsə ki, biz tərəfdaş kimi öz öhdəliklərimizi lazımi səviyyədə yerinə yetirmirik, bizim də belə hesab etməyimizə icazə verilir. Qoy heç kəs elə düşünməsin ki, şübhələrin aradan qaldırılması yalnız bizim işimizin bir hissəsi olmalıdır”.
05.09.2019 17:53:00
Oxuma sayı: 51