Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi
Ölçü:


“Bir qədər əvvəl Avropa Məhkəməsi 15 nəfərin işi üzrə qərarlarını elan edib. Qərar saytda yerləşdirilib”.

Koordinat.az
xəbər verir ki, bu barədə hüquqşünas Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, qərara əsasən, Azərbaycan hökuməti Ruslan Nəsirliyə 12 000 avro, Türkel Əlisoya 10000 avro və Saqif Qurbanova 10 000 avro və hüquqi yardıma görə 4 iş üçün ümumi 4000 avro ödəməli olacaq”.

Hüquqşünasın sözlərinə görə, Ruslan Nəsirlinin 2015-də qısa müddətdə dalbadal iki həbsi ilə bağlı işləri birləşdiriblər: “Bu qeydləri yazmaqda əsas məqsədim qərar və ya kommunukasiyanın başlanmasını gözləyən və nümayəndəsi olduğum ərizəçilərə müraciət etməkdir. Yeni qərarların qəbulunun və ya kommunikasiyamın başlanma vaxtı barədə məndə heç bir məlumat yoxdur. Bu səbəbdən xahiş edirəm, səbrli olun, gözləyin, mənə zəng etməyin və ya yazmağın əhəmiyyəti yoxdur. Sizin sayınız çox olduğundan və mənim vaxtım məhdud olduğundan bu barədə suallara cavab verməyəcəyəm”.
05.09.2019 12:53:00
Oxuma sayı: 37