Təhsil Nazirliyi yanında İctimai Şuraya seçilən üzvlərin adları açıqlandı
Ölçü:


Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri seçilib.

Koordinat.az xəbər verir ki, Azərbaycan-Fransız Universitetinin binasında təşkil olunan səsvremə nəticəsində İctimai Şuraya üzv seçilənlərin adlarını məlum olub. Həmin şəxslər bunlardır:
İlqar Orucov
Ülviyyə Mikayılova
Şahlar Əsgərov
Elmina Kazımzadə
Etibar Əliyev
Nadir İsrafilov
Anar Vəliyev
Mirzə Cəfərzadə
Asif Cahangirov
Mais Əliyev
Hikmət Əlizadə.

Qeyd edək ki, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunan Seçki Komissiyası tərəfindən yoxlanılıb. Seçkilərdə sənədləri qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb.

Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 11 iyul 2019-cu il tarixli əmrinə əsasən yaradılır. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilən digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.
04.09.2019 12:51:00
Oxuma sayı: 29