Patruşev Bakıya nə üçün gəlib? – Təhlil
Ölçü:


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə edəcəyi Azərbaycana yollanacaq.

Səfər əməliyyat məsələlərinə bağlıdır, yoxsa planlıdır? Bununla bağlı yalnız bu yaxınlardakı qalmaqalı xatırlamaq olar: Azərbaycan XİN İran və İraqa hücum üçün İsrailin Azərbaycanda dronlar yerləşdirdiyi haqda məlumatı bir həftə boyunca iki dəfə təkzib etməli olub.

Rusiya Azərbaycandan şübhələnirmi ki, o, İrana mümkün hücumlar üçün əməliyyat meydanı olmağa razılaşıb?

Rusiya və İran indi Suriyada sıx əməkdaşlıq edir, bir də, çətin ki, Moskva burnunun ucunda, Azərbaycanda antiiran əməliyyat meydanı, başlıcası isə nəzarət edilməyən yüksək texnologiyalı aparatlar əldə etmək istəsin. Xüsusən də Suriyadakı durum getdikcə daha da gərginləşdiyinə görə.

Nikolay Patruşev avqustun 12-də İrəvanda olub. Onun səfəri və görüşləri haqda, demək olar, məlumat yoxdur. Rusiya tərəfinin məlumatında qeyd olunub ki, Nikol Paşinyanla görüşdə “həmsöhbətlər beynəlxalq gündəliyin bir sıra aktual problemlərinə, xüsusən də Suriya xalqına humanitar yardım göstərmək və Suriyada dinc yaşayışı bərpa etmək məsələsinə toxunublar”.

Ermənistan hökumətinin rəsmi məlumatında Suriyanın adı çəkilmir. Ermənistan baş nazirinin mətbuat katibi  Vladimir Karapetyan Azatutyun Radiosuna izah edib: “Məsələ Rusiya tərəfinin təşəbbüsü ilə qaldırılıb”. Karapetyan deyib: “Təbii, Rusiya Ermənistanın Suriyada humanitar missiyaya qatılmaq qərarını yüksək dəyərlərndirir”.

Bu arada, Ermənistanın bu günki qəzetləri yazırlar ki, Patruşev Suriyadakı missiyanı genişləndirməyi təklif etmək üçün Ermənistana gəlmişdi. Fikir var ki, Patruşev Rusiyanın Amulsara görə də mövqeyini ifadə edib. Bunun belə olub-olmadığını söyləmək çətindir, amma Paşinyan Patruşevin səfərindən sonra özünün iki baş müşavirini və köməkçisini işdən çıxardıb, Amulsarla bağlı əhvalat isə tədricən buna keçib ki, Ermənistan Amulsarın Britaniya-Amerika şirkəti tərəfindən istismarına yasağı götürməyib.

Amerikanın Ermənistandakı ticarət palatası və Britaniya səfirliyi artıq bu haqda məyusluğunu ifadə edib. Patruşev Ermənistana missiyasını yerinə yetirilmiş sayıbmı və indi Bakıya gedir?

Lragir.am (Ermənistan)
Tərcümə Strateq.az-ındır.
03.09.2019 21:08:00
Oxuma sayı: 66