Bu il Kəlbəcər rayonundan 14 abituriyent 600-dən çox bal toplayıb
Ölçü:


Bu il Kəlbəcər rayonundan ali məktəblərə daxil olmaq üçün sənəd vermiş  məzunlardan 525 nəfəri tələbə adını qazanıb.

Koordinat.az xəbər verir ki, qəbul imtahanlarında iştirak etmiş kəlbəcərli məzunlardan 64 nəfəri 500 baldan, o cümlədən 14 nəfəri 600 baldan yuxarı nəticə göstərib.

Yüksək nəticə əldə edən məzunlardan biri də Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin məzunu Səfərov  Qorxmazdır. O, II ixtisas qrupu üzrə 674 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə işi (tədris ingilis dilində) ixtisasına qəbul olub.

Qəbul imtahanlarında yülsək nəticə göstərən daha bir gənc Kəlbəcər rayon 80 nömrəli tam orta məktəbin məzunu Salahova Saniyə Xasay qızıdır. O, III ixtisas qrupu üzrə 612 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və ictimai münasibətlər ixtisasına daxil olub.

02.09.2019 17:17:00
Oxuma sayı: 359