Rusiyada prezidentliyə namizədlərin qeydiyyatı yekunlaşdı –15 namizəd var
Ölçü:


Rusiyanın Mərkəzi Seçki Komissiyası yanvarın 7-də prezidentliyə müstəqil iddiaçılardan sənədlərin qəbulunu başa çatdırıb.

Koordinat.az xəbər verir ki, 2017-ci il dekabrın 27-dən başlayaraq 15 iddiaçı sənədlərini MSK-ya təqdim edib. Prezident seçkisi martın 18-də keçiriləcək. Müstəqil iddiaçıların sənədləri Mərkəzi Seçki Komissiyasına yanvarın 7-dən gec olmayaraq, partiyalı iddiaçıların sənədləri yanvarın 12-dən gec olmayaraq təqdim edilməlidir. Qeydiyyat üçün müstəqil namizəd 300 min imza, partiyalı namizəd 100 min imza toplamalıdır. Parlament partiyasının namizədi imza yığmaqdan azaddır. Liberal Demokrat Partiyası parlamentdə təmsil olunduğu üçün onun namizədi, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovski imzasız qeydə alınıb. O, hələlik yeganə rəsmi namizəddir.

Marafona qatılan namizədlərin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etmək müddəti yanvarın 31-dək çəkir. Mərkəzi Seçki Komissiyası qeydiyyat məsələlərini fevralın 10-dək bitirməlidir. Seçki təşviqatı 2018-ci il fevralın 17-dən martın 16-dək davam edir. Rusiyada prezident 6 il müddətinə seçilir.

Prezident Vladimir Putin seçkiyə müstəqil namizəd kimi qatılıb. 65 yaşlı Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb. 2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.
08.01.2018 12:49:29
Oxuma sayı: 59