Ermənistanın müdafiə naziri yenə Qarabağa gəldi
Ölçü:


Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Koordinat.az xəbər verir ki, bu barədə məlumatı “Armen Press” nəşri yayıb.  Bildirilir ki,Dağlıq Qarabağda qondarma rejimin “müdafiə naziri” Karem Abramyanla görüşən Tonoyan şimal və şərq bölgələrindəki mövqelərə baş çəkib. Tonoyan həmçinin Qarabağda qondarma rejimin ordu rəhbərliyi və hərbi qulluqçularla da bir sıra görüşlər keçirib.
31.08.2019 14:19:00
Oxuma sayı: 49