Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi edənlərin sayı açıqlandı
Ölçü:


Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az -a verilən məlumata görə, indiyədək 2 415 nəfər (Azərbaycan bölməsi – 2 398, rus bölməsi – 17) ixtisas seçimi ərizəsini təsdiq edib. İxtisas seçimi sentyabrın 2-dək aparılacaq.

Qeyd edək ki, ixtisas seçimi elektron formada internet vasitəsilə həyata keçirilir.
31.08.2019 11:00:00
Oxuma sayı: 88