“Azərkosmos” 1 ayda 7 milyon dollarlıq xidmət ixrac edib
Koordinat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında bildirilir. Məlumata görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.
“Təkcə iyulda isə “Azərkosmos” dünyanın 21 ölkəsinə 6,9 milyon dollar dəyərində xidmət ixrac edib. Qurumun 7 ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziya, Birləşmiş Krallıq, BƏƏ olub”, – deyə məlumatda bildirilir.
30.08.2019 16:29:00
Oxuma sayı: 12319