Məcburi köçkünlər prezidentə müraciət etdi: "Sülh danışıqlarından imtina edilsin!"
Ölçü:

Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin bir qrupu Prezident İlham Əliyevə müracət ünvanlayıb. "Yurda qayıdış" Kəlbəcər İctimai Birliyinin "Facebook" səhifəsi vasitəsilə yayılan açıq müraciətdə torpaqlarımızın işğaldan azad edilməsi

Koordinat.az həmin müraciəti olduğu kimi təqdim edir:

Doğma torpaqlarımızdan məcbur köçkün düşdüyümüz gündən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün onları yeni mənzillərlə təmin edir, daim məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərarlar qəbul edirsiniz. Bunun üçün bir daha sizə dərin təşəkkürümüzü bildiririk.

Çox təəssüf ki, məcburi köçkünlərin ən böyük problemi bu günə qədər həll olunmamış qalır, doğma torpaqlarımız 27 ildir işğal altındadır. Torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsi məqəsədilə son 25 ildə aparılan danışıqlar isə nəticəsizdir. .

05.08.2019-cu il tarixdə Ermənistan rəhbərliyinin Dağlıq Qarabağda səsləndirdiyi fikirlərdən aydın olur ki, bu günədək aparılan sülh danışıqlarında qeyri-səmimi olublar və münaqişənin mümkün qədər uzadılmasına nail olmağa çalışıblar. Bu gün isə heç bir hüquq normalarına məhəl qoymadan Dağlıq Qarabağın onlara aid olduğunu səsləndirirlər. Məlumdur ki, Ermənistan rəhbərliyi sülhü güzəştsiz qəbul edir. Hesab edirik ki, bundan sonra danışıqlara getmək özümüzü aldatmaqdır. Bu hal Azərbaycan xalqına böyük utancdır. Azərbaycan Respublikasının hər bir vətəndaşına, o cümlədən illərlə o torpaqlar üçün canından, sağlamlığından keçən minlərlə şəhid və qazilərimizə, onların valideynlərinə böyük təhqirdir. Şəhid və qazilərimiz boş yerə canlarından olmayıblar, biz heç vaxt bu halla barışa bilmərik. Canımızdan da şirin olan torpaqlarımızı müharibə yolu ilə azad etmək üçün hər an hazırıq.

Cənab Prezident! Hər zaman sülh siyasətinizi tolerant xalq olaraq dəstəkləmişik, ətrafınızda sıx birləşmişik və inanırıq ki, qısa müddət ərzində torpaqlarımızı birlikdə müharibə yolu ilə də olsa, işğaldan azad edəcəyik. Əks halda biz bu halla barışa bilmərik, bu hal bizi heç vaxt qane edə bilməz. Odur ki, Sizdən xahiş edirik Ermənistan tərəfinin öhdəliyini yerinə yetirməməsi barədə sonuncu dəfə BMT Təhlükəsizlik Şurası qarşısında məsələ qaldırılsın və tərəfimizdən danışıqlardan imtina edilsin.

Müraciətimizi nəzərə almağı Sizdən xahiş edirik!"
30.08.2019 14:31:00
Oxuma sayı: 83