Sabahdan hava soyuyacaq
Ölçü:


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şimal və şərq rayonlarında leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

 
28.08.2019 13:02:00
Oxuma sayı: 37