Ərdoğan Moskvaya səfərə hazırlaşır
Ölçü:


Rusiya prezidenti Vladimir Putin Türkiyənin İdlib əyaləti ilə (Suriya) sərhəddə bufer bölgə qurmaq fikrini irəli sürüb. Məqsəd Rusiya tərəfindən dəstəklənən hücumda təhlükə ilə üzləşmiş on minlərlə suriyalı üçün etibarlı sığınacaq yaratmaqdır.

Putinin Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra masaya qoyulan təklif, yəqin ki, yaxın müddətdə Türkiyəyə köçkün suriyalıların yeni bir dalğası ilə bağlı Ankaranın narahatlığının həlli olaraq irəli sürülüb. Türkiyə hələ də arzuolunmaz suriyalı qaçqınlar üçün zibillik yeri olaraq qalır.

Birgə mətbuat konfransında danışan Putin deyib: “Türkiyənin qaçqınlara görə böyük təzyiq altında olduğunu bilirik və Türkiyənin həssaslığını tam başa düşürük. Cənub sərhədlərinin təhlükəsizliyini təmin etməlidir. Düşünürük ki, Türkiyənin cənub sərhəddində bir bufer zonanın yaradılması Suriyanın ərazi bütövlüyünün təmin olunması baxımından yaxşı fikirdir və orada gərginliyi azaltmaq üçün birlikdə çalışacağıq”.

Suriya rejimi qüvvələri üsyançıları Xan Şeyxun şəhərdən qovmasından sonra bugünkü görüş Ərdoğanın tələbi ilə keçirilib. Hücum Türkiyə qüvvələrinin Morekdəki 9 saylı müşahidə məntəqəsində dayandırılıb. “Haberturk” kanalı bu gün Rusiya hərbi polisinin oradakı türkləri effektiv şəkildə qoruduğunu bildirib.

Putin Türkiyə, Rusiya və İran arasındakı Astanada razılaşdırılmış və bir il əvvəl Soçidə bir daha təsdiqlənmiş İdlib hərbisizləşdirmə zonasında Türkiyənin mövcudluğunu qorumaq və ya təmin etmək barədə bir söz deməyib.

Türkiyənin orada rejim və özünün dəstəklədiyi müxalifət arasında bufer rolunu oynama və mülki şəxslərə humanitar yardım axınını yüngülləşdirmə üçün nəzərdə tutulan 12 dayaq məntəqəsi var. Ankara, həmçinin “Heyət Təhrir əl-Şam”la əlaqəli olan minlərlə döyüşçünü qanadının altına alması, “mülayimlərə” qoşulması və qalanlarının rejim qüvvələrinə və Rusiya bazalarına hücum etməməsinə inandırması gözlənilirdi. Hər iki məsələnin icrası uğursuz olub.

Putin Ərdoğanla “terrorçuların yuvalarını” aradan qaldırmaq üçün “əlavə addımlar” müzakirə etdiyini söyləyib. O, bir çox şərhçilərin “ölü” dlandırdığı Astana prosesini dəfələrlə xatırladıb. “Ümumi məqsəd – gələcəkdə Cenevrədə BMT-nin himayəsi ilə keçiriləcək danışıqlar öncəsi Suriya hökuməti və müxalifət nümayəndələrini bir araya gətirən konstitusiya komitəsinin yaradılmasıdır”.

Ərdoğan diqqəti Əsəd qüvvələrinin təhdidlərinə çəkərək, deyib: “Rejimin təxribatları bölgədəki əsgərlərimizin həyatını təhlükəyə atacaq səviyyəyə çatıb”. O, Türkiyənin özünümüdafiə hüququnu, xüsusən də sərhədlərini təhlükəsizliyini qoruyacağını bildirib.

Prezident qeyd edib ki, Türkiyə Astana və Soçi razılaşmalarına tam sadiq qalsa da, rejim İdlibdəki hücumlarına son verməyincə, Ankara vədlərini yerinə yetirə bilməyəcək. Ərdoğan 500-dən çox mülki şəxsin öldüyünü söyləyib. “Terrorizmlə mübarizə adı altında Suriya qüvvələri göydən və yerdən ölüm yağdırır”.

Prezident əlavə edib ki, Suriyanın şimal-şərqində etibarlı bir bölgə qurmaq üçün Türkiyənin ABŞ ilə davam edən danışıqlar barədə Putinə məlumat verib. “Onu Suriyanın ərazi bütövlüyünü pozmayacağımıza əmin etdim”.

Hər iki lider müdafiə sənayesində əməkdaşlığı dərinləşdirmək barədə danışdıqlarını təsdiqləyiblər. “S-400” sisteminin ikinci batareyasının tədarükü artıq baş verir.

Putin və Ərdoğan İran prezidenti Həsən Ruhani ilə birlikdə Astana çərçivəsində daha bir zirvə görüşü üçün sentyabrın 16-da Türkiyədə görüşəcəklər.


Amberin Zaman (“Əl-Monitor”)
Tərcümə: Strateq.az
28.08.2019 10:44:00
Oxuma sayı: 59