İsmayıllıdakı toyda 33 nəfər zəhərlənib
Ölçü:


İsmayıllı rayonunun Qəzli kəndində toy mərasimində kütləvi zəhərlənmə olub.

Koordinat.az xəbər verir ki, hadisə ötən gecə Qəzli kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində övladı üçün keçirdiyi kiçik toy məclisində qeydə alınıb.
Toyada qonaqlardan 25 nəfərin halı pisləşib, onlarda tez-tez qusma-işləmə əlamətləri olub. Toy sahibi dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Toyda zəhərlənən şəxsləri təcili xəstəxanaya gətiriblər.  Onlardan 5-i uşaq, 20 nəfəri orta yaşlı insanlardı. Zəhərlənən şəxslərdən 4 nəfərin vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə, qalanları isə terapiya və uşaq şöbəsinə yerləşdiriliblər. Qonaqların meyvə şirəsindən zəhərləndiyi ehtimal olunur.

Səhiyyə Nazirliyi də İsmayıllıda baş verən zəhərlənmə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Səhər saat 9:30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir.

Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.

Faktla bağlı araşdırma aparılır.
28.08.2019 10:12:00
Oxuma sayı: 55