Rusiya dənizdən raketlər atdı, hədəflər məhv edildi
Ölçü:



Rusiyanın “Tula” və “Yuri Dolqorukiy” sualtı qayıqları Şimal Buzlu okeanın qütb bölgəsindən və Barents dənizindən “Sineva” və “Bulava” ballistik raketlərini buraxıb.

Koordinat.az xəbər verir ki, raketlər Arxanqelsk bölgəsində “Çija”, Kamçatka yarımadasında isə “Kura” poliqonunda yerləşən təlim hədəflərini uğurla vurub.

Qeyd olunur ki, “Bulava” adlı raket 12 metr uzunluğundadır və ABŞ-ın II Dünya Savaşında Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasından 100 dəfə güclüdür.
24.08.2019 13:53:00
Oxuma sayı: 44