Sabahın hava proqnozu: 40 dərəcə isti
Ölçü:



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 24 avqustda gözlənilən hava şəraiti barədə proqnozu açıqlayıb.

Qurumdan Koordinat.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz  33-36, Bakıda gecə 22-24, gündüz  33-35 dərəcə  isti  təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət  gecə 60-70, gündüz 25-30 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)  26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Avqustun 24-25-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü fonunda günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
23.08.2019 12:44:00
Oxuma sayı: 47