Xarici işlər nazirlərinin görüşü planlaşdırılır
Ölçü:



Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinə dair daha bir görüşünün hazırlıq işləri görülür.

Koordinat.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərə bildirib.

Yeni görüşün vaxtı və formatı açıqlanmır.

“Danışıqlar prosesi davam edir, belə ki, yeni-yeni görüşlər mümkündür”, - deyə ermənistanlı nazir qeyd edib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında son görüş iyun ayında Vaşinqtonda keçirilmişdi.
22.08.2019 15:45:56
Oxuma sayı: 45