Daha 1359 nəfər ali məktəblərə qəbul olundu
Ölçü:


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri elan olunub

Koordinat.az
-ın məlumatına görə, nəticələr Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında yerləşdirilib. Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından , eləcə də mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 16515 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə  1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 10001 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 96.33% dolub. Qəbul aparılan 55 kollecdən 34 kollecdə plan yerləri 100% dolub. Cəmi 381 yer (3.67%) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.
20.08.2019 17:36:00
Oxuma sayı: 50