Dövlət İmtahan Mərkəzindən bakalavrlara xəbərdarlıq
Ölçü:


Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların təhsil müəssisələrində qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən məlumata görə, bakalavrlar avqustun 23-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər: “Bu müddətdə sənədlərini təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Bakalavrlar tələb edilən sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər”.
20.08.2019 16:43:00
Oxuma sayı: 95