20 mindən çox ailənin mənzil hüququ ilə bağlı problem həll ediləcək
Ölçü:


Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyitərəfindən hazırlanmış müsbət rəylərin əsasında indiyədək 122ünvanda çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilib.

Koordinat.az
xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu bildirib.Onun sözlərinə görə, bu, nəticə olaraq 20 530 ailənin mənzil hüququ ilə bağlı probleminin öz həllini tapacağı deməkdir: “Ümumiyyətlə, avqustda 11 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilib. Yaxın günlərdə bu siyahıya daha 7 ünvan əlavə ediləcək”.
19.08.2019 17:45:00
Oxuma sayı: 29