İsti havalar 6 gün daha davam edəcək
Ölçü:



Azərbaycanda yaxın günlərdə isti hava şəraiti davam edəcək, mülayim şərq küləyi əsəcək, temperatur tədricən daha da yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən nəlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 34-38 dərəcəyə qədər yüksələcək: “Aran rayonlarında, Naxçıvan Muxtar Respublikası ərazisində 35-38, bəzi günlərdə 40-42 dərəcə isti gözlənilir”.

A.Verdiyev ölkə ərazisində yüksək temperaturun avqustun 25-dək davam edəcəyinin gözlənildiyini deyib
19.08.2019 15:17:00
Oxuma sayı: 176