“Xətai” stansiyasındaki təmir işləri başa çatıb 
Ölçü:



Bakı metrosunun "Xətai” stansiyasında aparılan əsas təmir işlərinin hamısı başa çatdırılıb. 

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Koordinat.az-a bildirib ki, hazırda son abadlıq işləri aparılır: “Xətai” stansiyasında aparılan əsaslı təmir başa çatdırılıb. Hazırda son tənzimlənmə işləri aparılır. 

Abadlıq və səliqə-səhman yaradılır”. B.Məmmədov stansiyanın açılacağı dəqiq tarixi açıqlamasa da, yaxın vaxtlarda sərnişinlərin istifadəsinə veriləcəyini qeyd edib.  
19.08.2019 14:56:38
Oxuma sayı: 62